Dünən Bakıda Türkiyənin nüfuzlu mükafat mərasimi olan “Altın Kelebek”lə bağlı konsert proqramı keçirilib.
OLAY yazır ki, “Elektra Events Hall”da baş tutan gecədə Türkiyənin məşhur aktrisası Demet Özdemir, iki dəfə sözügedən mükafata layiq görülən Xalq artisti Röya Ayxan da yer alıb.
Aparıcı İsgəndər İbrahim tədbiri D. Özdemiri dəvət edərək açıb.
Gecədə Azərbaycanın parıldayan ulduzları mükafatlarını qazanan Ayaz Babayev, Turanə Hüseynli və Nazryn iştirak edib.
Ayaz və Nazryn səhnəyə çıxaraq konsertə qatılan xanımlar üçün ifalarını səsləndirib. Turanə isə dəvətlilərin sırasında hədiyyələri təqdim etmək üçün beş şanslı xanımı seçib.
Hər üç tanınmış sima konseptə uyğun qızılı, qara və ağ rənglərdə qırmızı xalçadan keçib.
Gecənin sonuna doğru Xalq artisti Röya Ayxan səhnə alıb. O, populyar mahnıları ilə zaldakıları coşdurub. Sənətçi ağ köynək, qara, dəri şort və yeni stildə saçları ilə diqqət mərkəzində olub.