Fotosessiya
Fotosessiya

82 yaşlı Niyaməddin Musayev idman zalında

82 yaşlı Niyaməddin Musayev idman zalında

82 yaşlı Xalq artisti Niyaməddin Musayevin idman zalından görüntüsü yayılıb.

OLAY yazır ki, sənətçinin fotosunu onunla eyni zalda məşq edən aktyor Səfa Mehdi paylaşıb.

“Niyaməddin müəllimin 82 yaşı var və biz onunla eyni zalda məşq edirik. Təsəvvür edirsiniz, bizim onun yaşına çatmağımız bir yana, onda olan bu enerji heç cavan yaşımızda çoxumuzda yoxdur. Tanrıdan sənətkara bol güc-qüvvət arzulayıram”, - deyə, S. Mehdi qeyd edib.

Xatırladaq ki, Musayev efirlərdə dəfələrlə idmanla məşğul olduğunu vurğulayıb. O, verilişlərin birində yoqa hərəkəti etməsiylə də gündəmə gəlmişdi.