Aktrisa Üzel Kərimova sosial şəbəkədə tanımadığı şəxs tərəfindən narahat edildiyini bildirib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat verib.
“Ətrafıma yazmağa cəsarətin çatıbsa, deməli, məni yaxından tanıyırsan. Və əgər tanıyırsansa, bilirsən ki, sənin nazınla oynayacaq o insan deyiləm. Ya özünü yığışdır, ya da Sofiyaya (bacısı) yazdığın təhdid real olacaq”, - deyə, Üzel paylaşdığı videoda vurğulayıb.
Kərimova bu fikirləri də qeyd edib:
“Səbrimi sınama. Yazından anlaşıldığı kimi kibercinayətlərdən xəbərin var. Mən artıq sənin hərəkətlərini sadəcə kibercinayətlərlə əlaqələndirmirəm. Sənin kimi polisin adını çəkən psix üçün heç kim qarantiya vermir ki, realda da cinayət işləməyəcəksən”.