Fotosessiya
Fotosessiya

Dilarə Anara cavab verdi

Dilarə Anara cavab verdi

Müğənni Dilarə Kazımova stilist Anar Ağakişiyevin iradlarına münasibət bildirib. 

Bu barədə sənətçi OLAY-a özəl açıqlama verib. Dilarə söyləyib ki, əvvəllər Anarla iş birlikləri olub:

“Onunla çox gözəl dostluq münasibətimiz olub. “Milk and Kisses” dövründən başlayaraq zaman-zaman Anar stilim və makiyajım üzərində çalışıb. Xətrini çox istəmişəm, heç bir zaman da ona qarşı hansısa yanlış hərəkət etməmişəm. Bundan da əminəm. Bilmirəm, Anarın mənimlə münasibəti hansı səbəbdən yoxdur. Bu, onun seçimidir, mənə salam versə də, verməsə də, sağ olsun.

Obrazım və layihələrim haqda fikrinə hörmətlə yanaşıram. Amma belə hesab etmirəm ki, tək uğurlu layihəm “Harem”dir. Onun kimi “Azərbaycan”, “Dəm olmuşam”, “Xarizma” , “Running” də çox səs-küy gətirən layihələrimdəndir. “Avroviziya”dakı işimi kənara qoysam, bundan sonraki layihələrim də insanlar tərəfindən sevilir və tanınır. Digərinə nisbətən küçədə vətəndaşların birindən Dilarə Kazımovanı soruşsanız, “Avroviziya” ifamla yanaşı, başqa mahnılarımı da əzbər bildiklərini görəcəksiniz”. 

Qeyd edək ki, Anar “7 Özəl” proqramında D. Kazımovanın tək uğurlu layihəsinin “Harem” olduğunu, hətta onu türk fenomen Selin Ciğercinin də təkrar etdiyini deyib. O bildirib ki, Dilarənin digər layihələri yaddaqalan deyil.