Fotosessiya
Fotosessiya

Serialı üçün saçını qısaltdı

Serialı üçün saçını qısaltdı

Əməkdar incəsənət xadimi Məlahət Abbasova yeni serialı üçün görünüşündə dəyişiklik edib.

OLAY yazır ki, sənətçi uzun saçlarını qısa kəsdirib və rəngini açdırıb. O, instaqramda paylaşım edərək “Qərar verməkdə çətinlik çəkdim. Amma sənət qurbanlar tələb edir. Böyük dəyişimlə qarşınızdayam. Yeni işimizlə bomba kimi gəlirik”- deyə, bildirib.

Abbasova həm də rol aldığı serialın adının “Esaret” olduğunu, “Kanal 7”də yayımlanacağını söyləyib.