Fotosessiya
Fotosessiya

Elza yas mərasimlərindəki tərzindən danışdı

Elza yas mərasimlərindəki tərzindən danışdı

Əməkdar artist Elza Seyidcahan hər zaman özünəməxsus stili ilə diqqət mərkəzində olub.

Onun nəinki tədbirlərə, proqramlara, toy məclislərinə seçdiyi libaslar, hətta yas mərasimlərindəki tərzi də gündəm olur.

Misal çəkərək bildirək ki, Seyidcahanın mərhum Xalq artisti Rafael Dadaşovun dəfnində tac taxması uzun müddət müzakirə edilib. Son olaraq o, ürəktutmasından dünyasını dəyişən, müğənni Rəhim Rəhimlinin vida mərasimində rəngli ayaqqabıları, lasini, saç aksesuarı və fərqli geyimi ilə diqqət çəkib.

Onun bu görünüşü sosial şəbəkələrdə xeyli danışılıb. İstifadəçilərdən kimisi irad bildirib, kimisi isə Seyidcahanın bu stilini qəbullanaraq normal qarşılayıb.

OLAY sənətçiyə yas mərasimlərində müzakirə yaradan geyimləri haqda sual ünvanlayıb. O, bununla bağlı ünvanına yazılanlara cavab vermək istəməyib:

“Danışırlar da, nə deyək? Ağızlarını yuma bilmərik ki. Hər ağızda bir avaz var. Mən heç maraqlanmıram da”.