Film / Serial
Film / Serial

Gündəm olan məzar səhnəsindən danışdılar

Gündəm olan məzar səhnəsindən danışdılar

Kadir Doğulu və Neslihan Atagül cütlüyü “Gecenin ucunda” serialındakı məzar səhnəsindən danışıb.

OLAY yazır ki, “Netflix” gecəsinə qatılan aktyorlar bu hadisənin real həyatda da yaşanması iddiasına aydınlıq gətirib.

Doğulu “Bizim mədəniyyətimizdə belə rituallar var. İnsanın hər an bir şeyin öldüyünü və doğulduğunu anlamalıdır. İnsanın içində kin və nifrət ölə bilər. Ona görə bu rituallar bunun üçün var”, - deyə, bildirib.

Qeyd edək ki, tez-tez adları dini təriqətə qoşulmaqda hallanan cütlüyün gerçək həyatda da məzarın içinə girdikləri iddia edilmişdi.