Film / Serial
Film / Serial

“Tural” və “Banu” yenidən bir arada 

“Tural” və “Banu” yenidən bir arada 

Aktyorlar Sənan Ellez və Fəridə Şahbazova yenidən tərəf müqabili olub.

OLAY yazır ki, onlar 8 noyabr-Zəfər Gününə həsr olunan “Göz bəbəyim” adlı bədii filmdə birgə çəkiliblər.

Layihə vətən üçün canından keçən qəhrəmanlara həsr olunub. Quruluşçu rejissor isə Zaur Zeynaldır.

Xatırladaq ki, Sənan və Fəridə 2017-2020-ci illərdə yayımlanan “İmtahan” serialında da birlikdə rol alaraq, Tural və Banu adlı iki sevgilini canlandırırdı.