Baş rollarda Culiya Roberts və Corc Kluninin oynadığı “Cənnətə bilet” romantik komediya uğur əldə edib.
OLAY yazır ki, ekran işi yayımlandıqdan üç həftədən az müddətdə dünya üzrə 60,6 milyon dollar gəlir əldə edib.
Roberts və Kluninin bu günədək birgə rol aldıqları beş filmin ümumi qazancı 1 milyard dolları ötüb.
Qeyd edək ki, “Cənnətə bilet” filmdə Roberts və Kluni qızlarının yad adamla evlənməsinin qarşısını almaq və 25 il əvvəl personajların özlərinin etdiyi səhvi təkrar etməmək üçün Baliyə gedən boşanmış valideynləri canlandırırlar.