Türk aktrisa Sevda Erginci rol aldığı “Seni kalbime sakladım” serialı final etdikdən sonra partnyoru Ekin Mert Daymazı sosial şəbəkədə izləmədən çıxarıb.
OLAY yazır ki, aktrisa müxbirlərin suallarını cavablandırarkən Ekinlə aralarında heç bir problem olmadığını vurğulayıb.
“Həyatımda kimi saxlayacağım və kimi çıxaracağıma özüm qərar verirəm. Ekin gündəlik həyatda görüşdüyüm biri olmadığı üçün izləmədən çıxdım”, - deyə, Sevda bildirib.