“Survivor 2022”də yaşanan qalmaqallar sosial şəbəkələrdə gündəm olub.
OLAY yazır ki, iştirakçılar-Nisa Bölükbaşı, Ogeday Girişken, Sude Burcu və Mert Öcal arasında gərginlik yaranıb.
İddiaya görə, Mert və Sudenin sevgi münasibətləri qurulmağa başlayıb. Lakin bunu gizlədən cütlüyün münasibəti Evrim Keklikin “Aranızda nəsə varmı” sualını verməsi ilə ortaya çıxıb.
Mert və Sudenin sevgili olduğunu öyrənən Ogeday Sudeyə “Mertdən uzaq ol” sözləri ilə xəbərdarlıq edib. Daha sonra Nisa Mertin əslində bir sevgilisinin olduğunu söyləyərək bu xəyanəti üzə çıxarıb. Həmin söhbətləri eşidən Mert Ogeday və Nisanı şəxsi həyata qarışmaqda günahlandırıb.
Ogedaya qəzəbələnən Mert “Burada mənim üçün dəyərli olan bir dostum var. Dünən onun bura gələndə ağladığını gördüm. Çox pis oldum. Nə olduğunu öyrənməyə çalışdım. Nisa və Ogeday şəxsi həyata qarışmağa başladılar. Qızın xoşuna gəlməyən şayələr səsləndiriblər. Sude və mənimlə bağlı dedi-qodu yayıblar”,- deyə bildirib.
Nisa Sudenin Mertlə münasibətini yeni öyrəndiyini deyib:
“Sude sənə bunu açıqlamalıyam, dedim. Səninlə necə oynadığı haqda danışmalıyam. Qarşında necə biri olduğunu bilməlisən deyərək ona xəbərdarlıq etdim”.
Xəyanəti öyrənən Sude ağlamağa başlayıb. Xəyal qırıqlığı yaşadığını bildirən iştirakçı “İndi nə hiss etdiyimi deməkdə çətinlik çəkirəm. Bəlkə də burada yaşayıb görə biləcəyim bir şeydir. Bilmirəm. Amma özümü yaxşı bilirəm”,- deyərək hisslərindən danışıb.
Bu söz-söhbətlərdən sonra Mert Sudenin onun çün çox dəyərli olduğunu hətta, yarışmanı belə tərk edə biləcəyini deyib. Layihə rəhbəri Acun Ilıcalı isə 15 illik təcrübəsində ilk dəfə belə halla qarşılaşdığını söyləyib.
Bundan başqa Mertin sevgilisinin keçmiş "Survivor” iştirakçısı Makbule Şakalakoğlu olduğu iddia olunub.