Azərbaycanlı və türk aktyorların birgə layihəsi olan “Yanlış anlama 2” filminin çəkilişləri tamamlanıb.
OLAY yazır ki, layihədə rol alan aktyor Elcan Rəsulov sözügedən filmin afişasını öz sosial şəbəkə hesabında paylaşıb.
Film 30 sentyabrda Türkiyədə, 6 oktyabrdan isə Azərbaycan kinoteatrlarında yayımlanacaq.
Çəkilişlər bir ay Türkiyədə, 3 gün isə Bakıda baş tutub.