Olay
Olay

“Azərbaycanlı aktrisa türk aktyorları boğaza yığıb”

“Azərbaycanlı aktrisa türk aktyorları boğaza yığıb”

“Türkiyədə bir film çəkilir. Bizim aktyorlar da rol alır. Onlardan bir aktrisa türk aktyorları harada görsə, selfi, “story” çəkir”.

OLAY yazır ki, bu sözləri instaqramda aktyor Cavidan Novruz qeyd edib. 

O ad çəkmədən bir həmkarına söz atıb. Cavidan bildirib ki, həmin aktrisa hər gün çəkiliş meydançasından paylaşım edir:

“İnanın, o qədər görməmiş kimi görünür ki... Hiss edirəm ki, o aktyorları da boğaza yığıb. Bizim uşaqlarla da çəkdir də. Onlarla niyə etmirsən?”.

Qeyd edək ki, hazırda Türkiyədə azərbaycanlı aktyorların da rol aldığı “Yanlış anlama” filminin davamı çəkilir. Ekran işində məşhur aktyor Cemal Hünal da rol alır. Həmçinin, Azərbaycandan aktrisa Gülşən Hüseynli də komandadır.