Film / Serial
Film / Serial

Mahsun Haluk Leventin oxşarını axtarır

Mahsun Haluk Leventin oxşarını axtarır

Rejissor və müğənni Mahsun Kırmızıgül yeni filmi üçün rok ifaçısı Haluk Leventin gəncliyinə bənzər aktyor axtarır.

OLAY yazır ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bayramda öz arxiv fotosunu paylaşan Leventə “Haluk kastinq agentlikləri bütün Türkiyəni axtardı. Bu fotodakı kimi sənin oxşarını tapa bilmədik.  “Prestij meselesi” filmi üçün bütün dostlardan kömək gözləyirəm”, - deyə, bildirib.

H. Levent Mahsunun bu paylaşımına “Mənə bənzəyən gənc dostumuz varsa, Mahsun Kırmızıgülün tvittinə şərh yazsın. Populyar olma qarantisi var”, cavabını verib.

Qeyd edək ki, sözügedən ekran işinin çəkilişləri sentyabrda başlayacaq. Film “Prestij Müzik” şirkətindən bəhs edir. Həmçinin, layihədə Özcan Denizin də gəncliyi canlandırılacaq.