2022-ci ildə yayımlanan “Bergen” filmi ən çox izlənən ekran işi olub.
OLAY yazır ki, türk aktrisa Farah Zeynep Abdullahın baş rol olduğu layihə 5 milyon 462 min dəfə izlənib.
Qeyd edək ki, 1989-cu ildə boşandığı həyat yoldaşı Halis Serbest tərəfindən öldürülən müğənni Bergenin həyatından bəhs edən kino mart ayında nümayiş olunub.
Farah Zeynep Abdullahla yanaşı Tilbe Saran və Erdal Beşikçioğlunun yer aldığı film böyük maraq və müzakirələrə səbəb olub.