Gənc aktyor Burak Dakakın yeni layihəsi bəlli olub.
OLAY yazır ki, sənətçi illər sonra çəkilən “Behzat Ç.” serialının davamı “Çekiç ve Gül: Bir Behzat Ç. Hikayesi”ndə rol alacaq.
Qeyd edək ki, Burak “Çukur” serialı ilə daha da populyarlaşıb.
Onu da xatırladaq ki, Behzat Ç-ni Erdal Beşikçioğlu canlandırır. Bu ekran işi həm ustad, həm də gənc aktyorları bir araya gətirib.