2007-ci ildə avtomobil qəzasında dünyasını dəyişən müğənni Barış Akarsunun filmi ilə bağlı yeni detallar bəlli olub.
OLAY yazır ki, mərhum ifaçının babasını və anasını canlandıracaq olan aktyorlar müəyyənləşib.
Belə ki, Barışın babası Remzi Kökdemiri ustad aktyor Metin Coşkun, anası Hatice Akarsunu isə Ebru Nil Aydın oynayacaq.
Qeyd edək ki, ekran işinin baş rolu İsmail Ege Şaşmazdır.