“Marvel”in yeni filmi “Doctor Strange: Multiverse Madness” üç ölkədə yayımlanmayacaq.
OLAY yazır ki, sözügedən ekran işinin Səudiyyə Ərəbistan, Küveyt və Misirdə nümayişi qadağan olunub. Buna səbəb layihədə homoseksual cütlüklərə yer verilməsi olub.
Qeyd edək ki, “Marvel” LGBT+ üzvü olan cütlüyün yer aldığı “Eternals” filmi də senzura tələbləri rədd edildiyi üçün həmin ölkələrdə yayımlanmamışdı.