Əslən İsraildən olan aktrisa Qal Qadotun “Nildə ölüm” adlı yeni filminin nümayişi Küveyt tərəfindən qadağan edilib.
OLAY yazır ki, bu qərar Qadotun keçmişdəki açıqlama və çağırışlarına cavab olaraq qəbul edilib.
Sosial media istifadəçiləri Qadotun 2014-cü ildə Qəzza müharibəsi zamanı İsrail ordusunu təriflədiyini və HƏMAS-ı tənqid etdiyini xatırladaraq məsələyə reaksiya verib.
Qeyd edək ki, 2017-ci ildə Qadotun baş rolda çəkildiyi “Wonder Woman” filmi də yuxarıda qeyd olunan açıqlamalara görə Livan kimi bəzi ərəb ölkələrində qadağan edilmişdi.
İsraillə sülh sazişi imzalayan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi körfəz dövlətlərindən fərqli olaraq Küveyt münasibətlərin normallaşmasına qarşıdır.