Olay
Olay

Ərəb ölkələrindən Colinin filminə qadağa

Ərəb ölkələrindən Colinin filminə qadağa

Dünyaca məşhur aktrisa Ancelina Coli yeni filmi "Eternals"ın bəzi ölkələrdə qadağan olunmasına münasibət bildirib.

OLAY yazır ki, o, ekran işindəki homoseksual obrazlara görə filmi yayımlamayan Qətər, Səudiyyə Ərəbistan və Kuveyt rəsmilərinə etiraz edib. 

Ancelina ölkələrin bəzi səhnələrin senzuradan keçməsini istədiyi, lakin istehsal şirkəti Disneyin bu tələbi rədd etdiyi söyləyib. 

 

Marvelin 200 milyon dollarlıq filmində döyüşçü Thena obrazını canlandıran  Coli "Tamaşaçılar üçün üzr istəyirəm və qürur duyuram ki, Marvel bu səhnələri kəsməkdən imtina edib",- deyə bildirib.

"Mən hələ də başa düşə bilmirəm ki, bugünkü dünyada insanlar Phastosun ailəsinin, münasibətlərinin gözəlliyini və sevgisini necə görə bilmirlər", deyərək sözlərinə davam edib.