“Oskar” mükafatlandırma mərasimindəki məşhur şillə qalmaqalı hələ də müzakirə olunur.
OLAY yazır ki, Uill Smitin şillə atdığı Kris Rokun qardaşı Kenni Rok boks oyunları təşkil edən “Celebrity Boxing” ilə müqavilə imzalayıb.
O, açıqlama verərək Smiti təkbətək döyüşə çağırıb.
“Rinqdə Uill Smitlə çıxmalıyam. Onu məğlub edə bilərəm. Yumruqların danışmasına icazə verəcəm”, - deyə Kenni bildirib.
Bundan başqa, o, Smitə verilən 10 illik cəzanın daha erkən yekunlaşacağını vurğulayıb.