“Oskar” mükafatlandırma mərasimində aparıcı Kris Roka şillə atması ilə gündəmdən düşməyən Uill Smitin bir neçə layihəsi ləğv olunub.
OLAY yazır ki, Smitin rol aldığı “Fast and Loose” və “Bad boys 4” adlı ekran işinin yayımı təxirə salınıb.
İki işin də istehsalçısı “Netflix” və “Sony”idir. Əvvəlcə çəkilişlərin ləngidiyi söylənilsə də, bunun bilərəkdən edildiyi vurğulanıb.
Bundan başqa, Smitin ötən il yayımladığı avtobioqrafik kitabının satışı üçün “Netflix” və “Apple Plus”un hərracdan çıxdığı söylənilib.