“EastEnders” serialında parlayan irlandiyalı aktrisa və televiziya xadimi Melani Klark Pullen xərçəng xəstəliyinə məğlub olub.
OLAY yazır ki, sözügedən ekran işində Meri Flaherti obrazını canlandıran Pullenə 2019-cu ildə döş xərçəngi diaqnozu qoyulub və bir il sonra bu xəstəliyə qalib gəldiyini açıqlanıb.
Lakin sonradan xəstəlik Pullenin beynində ortaya çıxıb. Aktrisa bir neçə gün əvvəl həyatını itirib.