“Wild One” mahnısı və 1963-cü ildə “Bye- Bye Birdie” filmindəki Hugo Peabody rolu ilə tanınan Bobbi Rydell 79 yaşında vəfat edib.
OLAY yazır ki, “Gənclik kumiri” kimi tanınan sənətçi Covid-19 ilə əlaqəli olmayan sətəlcəm səbəbiylə dünyasının dəyişdiyi açıqlanıb.
Əsl adı Robert Ridarelli olan ifaçı ilk dəfə 1959-cu ildə Billboard-un top 100 siyahısına daxil olub. Karyerası boyunca ilk 100-lük siyahısında 34 mahnısı olan Rydell 25 milyondan çox albom satıb.