Son günlər gündəmdən düşməyən “Bergen” filmi ifaçının əvvəlcə üzünü yandırtdıran, sonra öldürən həyat yoldaşı Halis Serbest istehsalçı şirkəti məhkəməyə verib.
OLAY yazır ki, sözügedən şəxs ekran işinin yayımlanmamasını tələb edib.
Qeyd edək ki, filmdə H. Serbestin adı çəkilməyib. Onu da bildirək ki, ekran işində Farah Zeynep Abdullah baş rolu ifa edib. Layihə qısa müddətdə bir çox rekorda imza atıb.