Türkiyənin tanınmış aktrisası Dilan Çiçek Denizin növbəti tərəf müqabili bəlli olub.
OLAY yazır ki, “Kiracı” adlı serialda Dilanla baş rolu “Survivor” yarışması ilə populyarlaşan Serkay Tütüncü paylaşacaq.
Ekran işində həm də Bennu Yıldırımlar, Melisa Döngel və Ruhi Sarı da rol alacaq. Layihə Fox TV-də yayımlanacaq.