Dünyaca məşhur amerikan aktyor Volter Brüs Uillisa afaziya (formalaşmış nitqin sistem pozğunluğu ) diaqnozu qoyulub.
OLAY yazır ki, bu barədə film ulduzunun ailəsi məlumat yayıb. Qeyd olunub ki, Uillis karyerasını bitirməyə məcburdur.
“Ailə olaraq Brusun pərəstişkarlarına bildirmək istədik ki, sevimli aktyorun səhhətində problemlər var və bu yaxınlarda onun idrak qabiliyyətinə təsir edən afaziya diaqnozu qoyulub”.