Film / Serial
Film / Serial

Keremin arzusu çin oldu

Keremin arzusu çin oldu

Türkiyəli məşhur aktyor Kerem Bürsin dünya şöhrətli aktyor Antonio Banderasla fotolarını paylaşıb.

OLAY yazır ki, İspaniyaya gedən K. Bürsin Antonio ilə studiyada bir araya gəlib.

“Haradan və necə başlayacağımı bilmirəm, amma bu həyəcan həqiqidir! Hələ də səmaya baxıb arzularımı qovuşmağımı diləyərkən, həyat mənə hədiyyə bəxş etdi. Uşaqlıqda ideal hesab etdiyim biriylə görüşdüm. Performansınızı canlı izləmək heç vaxt unutmayacağım və hər zaman sevəcəyim bir şeydir. Bu qədər səxavətli, ilhamverici və təmiz ürəkli olduğunuz üçün təşəkkür edirəm”, - deyə sənətçi bildirib.

Keremin Antonio ilə olan fotoları qısa zamanda viral olub.