Türk aktyor İsmail Demirci və aktrisa həyat yoldaşı Hande Soral tamaşa premyerasına qatılıblar.
OLAY yazır ki, onlar jurnalistlərin eyni layihədə yer almaq istəyərsinizmi sualını cavablayıb:
“Eyni layihədə rol almaq istəmirik. Bəlkə öz yazdığımız film olarsa o zaman düşünə bilərik. Ancaq eyni serialda rol almaq istəmirik. Evdə də, işdə də bir yerdə olmaq düzgün deyil. Həyat yoldaşımı mən evdə görmək istəyirəm. Biz iş həyatımızı evə daşımırıq”.