Son zamanların maraqla izlənilən gənclik seriallarından biri də “Yellowjackets”dir (Sarı gödəkçəlilər).
OLAY yazır ki, ekran işinin rejissorları sırasında Karyn Kusama da yer alıb. Serialın ilk bölümü meşənin dərinliklərində şaxtaya baxmayaraq, nazik gecə geyimindəki qızın səhnəsi ilə başlayır.
Qorxunc bir şəkildə “Wind River”i xatırladır. Lakin birdən həm insan, həm də heyvan səsləri meşədə yüksəlir.
Əslində isə “New Jersey”li qızlardan ibarət olan futbol komandası 1996-cı ildə beynəlxalq yarışa gedərkən təyyarələri meşənin ortasında qəzaya düşür. Bəziləri həlak olur, çoxu isə həyatda qalır.
Bu serial qorxu filmindən daha artığıdır. Uzun seriyalar müddətində hadisələr 90-cı illər və 2021-ci illər arasında dəyişir. Həm qəzadan, həm də ardınca çılğınlıqdan xilas olan, hələ 25 il əvvəl olanları, feminizmlə qidalanan gənc xəyallarının çöküşünü hesablamırlar.
Daha sonra isə bir jurnalist onların hekayəsini araşdırır. Aktyor heyəti isə izləmə zövqünü artırır. Ella Purnell kapitan Jackie rolunu oynayır. Kortni İton, şizofreniya dərmanı bitdikdə meşədə halüsinasiyalar görməyə başlayan narahat komanda yoldaşı Lotti obrazını canlandırır.
Tawny Cypress New Jersey Senatına namizəd olan Taissa rolunu oynayır və Melani Linskey tələbə ikən Brauna getmək istəyən evdar qadın Şauna obrazına çəkilir.