Film / Serial
Film / Serial

Bilyard çempionunu canlandıracaq

Bilyard çempionunu canlandıracaq

Türkiyənin dünya şöhrətli bilyard ustası Semih Saygınerin həyatını əks etdirən “Usta” adlı serial yaxın aylarda ekrana gələcək.

OLAY yazır ki, 1994-cü ildə ilk dəfə dünya bilyard çempionu olan Saygınerin ilhamverici həyat hekayəsini izah edəcək layihənin baş rol aktyoru artıq bəlli olub.

“Netflix” üçün hazırlanan bu 8 bölümlük serialda Semih Saygıner obrazını istedadlı aktyor Ekin Koç canlandıracaq. Bu barədə Birsen Altuntaş məlumat yayıb. Serialın ssenarisi yazar Başar Başaran tərəfindən qələmə alınıb, rejissor kürsüsündə isə Umur Turaqay əyləşəcək.

Qeyd edək ki, Ekin Koç bu yay Barış Mançonun həyatını əks etdirəcək bədii filmdə rol almağa hazırlaşırdı. Lakin layihənin yüksək xərcləri səbəbilə təxirə salınmasından sonra aktyor digər təklifləri dəyərləndirməyə başlayıb. Hazırda o, TOD platforması üçün “Vicdansız” serialında çəkilir.

“Usta” serialının çəkilişlərinə  yayın sonlarında başlanılması planlaşdırılır. Layihə Semih Saygınerin uğurla dolu və çətinliklərlə mübariz ruhunu əks etdirəcək maraqlı bioqrafik ekran işlərindən biri olmağa iddialıdır.