Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullahın rol aldığı “Bergen” filminin qalasındakı geyimi tənqidlərə məruz qalıb.
OLAY yazır ki, sosial şəbəkə istifadəçiləri, imicmeykerlər sənətçinin obrazını bəyənməyib.
Farah tvitterdə post paylaşaraq onu müzakirə edənlərə cavab verib.
O, bir zamanlar açıq-saçıq geyimlərini tənqid edənlərə qarşı çıxan izləyicilərə eyham vurub: “Nə oldu? Bəs kimsə başqasının geyiminə qarışa bilməzdi?”
Qeyd edək ki, bir müddət əvvəl Gülşen, Hande Yener kimi ulduzların səhnə libasları müzakirə olunmuş, bir çox mədəniyyət üzvləri onları tənqid etmişdi. Sosial şəbəkə istifadəçiləri isə insanların geyim seçimində azad olduqlarını bildirmişdilər.