Uzun müddətdir maraqla gözlənilən “Bergen” filminin təqdimat gecəsi baş tutub.
OLAY yazır ki, həmçinin müğənni Bergenin əşyalarının da nümayiş olunduğu qalada ekran işinin baş rolu Farah Zeynep Abdullah xüsusi diqqət çəkib.
Onun yaşıl kostyumu və ümumilikdə “look”u əksər izləyici tərəfindən bəyənilməyib.
Bundan başqa, premyerada kino aktyorları ilə yanaşı, digər tanınmış simalar da iştirak edib.
Qeyd edək ki, layihə sevgilisi tərəfindən üzü yandırılan, daha sonra öldürülən türkiyəli müğənni Bergenin həyatından bəhs edir.