Yeşilçamın məşhur filmlərindən biri “Ah nerede”nin serialı çəkilir.
OLAY yazır ki, ekran işində Gülşen Bubikoğlunun canlandırdığı Zehra obrazı Demet Özdemirə təklif olunub.
Tarık Akanın oynadığı Ferit obrazı üçün isə axtarışlar davam edir.
Qeyd edək ki, bu film ilk dəfə 1975-ci ildə yayımlanıb.