Türkiyə televiziya tarixinin ən rəngarəng istehsallarından biri olan “Cennet Mahallesi” serialının çəkildiyi tarixi taxta evin satıldığı məlum olub.
OLAY yazır ki, Çağla Şıkel, Alişan, Müjdat Gezen, Melek Baykal kimi ulduzların rol aldığı ekran işində Ferhat (Alişan) və Yunusun (Müjdat Gezen) yaşadığı İstanbul Balatdakı mənzil uzun illər boş qalıb.
Lakin, 1900-cü illərin əvvəllərində tikilmiş 4 mərtəbəli mülkü ötən həftələrdə tanınmış bir şəxsin 2 milyon 800 min TL-yə aldığı ortaya çıxıb.