Film / Serial
Film / Serial

“Vətəndaş A” Biləsuvarın Heydər Əliyev Mərkəzində

“Vətəndaş A” Biləsuvarın Heydər Əliyev Mərkəzində

Biləsuvarın Heydər Əliyev Mərkəzində “Vətəndaş A” serialının nümayişinə başlanılıb.

OLAY yazır ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin, İctimai TV-nin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Vətəndaş A” serialının nümayişinə başlanılıb.

Filmi rayon ictimaiyyəti ilə yanaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin baş prodüseri Sevinc Əliyeva, baş rolların ifaçıları Qurban İsmayılov, Günəş Mehdizadə və aktrisa Zəhra Əlisoy da izləyib.
Filmin yaradıcı heyəti əvvəlcə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Heydər Əliyev Mərkəzində sərgilənən “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisinə baxıblar.

“SFN Film” şirkətinin istehsal etdiyi serialın ssenarisini Asiman Ağa Rövşən Cəfər Cabbarlının “Almaz” pyesindən təsirlənərək yazıb. Baş prodüseri Sevinc Əliyeva olan “Vətəndaş A” serialı rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırııb.
Filmin nümayişindən əvvəl çıxış edən prodüser Sevinc Əliyeva, baş rolların ifaçıları Qurban İsmayılov, Günəş Mehdizadə filmin vətəndaş kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini və təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətinin bir daha tamaşaçıya çatdırılmasından bəhs etdiyini bildiriblər.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov filmin yaradıcı heyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, serialın bütün hissələrinin Heydər Əliyev Mərkəzində nümayiş olunaraq ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Hər birinizi “Vətəndaş A” serialına baxmağa dəvət edirik.