Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.
OLAY yazır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, aşağıdakı regional mədəniyyət idarələri yaradılıb:
- Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
- Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
- Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
- Qarabağ Regional Mədəniyyət İdarəsi;
- Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
- Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
- Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
- Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
- Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
- Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
- Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
- Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.