Türk aktyor İsmail Demircinin yeni layihəsi bəlli olub.

OLAY yazır ki, o “Portekiz aşkı” serialının heyətinə daxil olub.  Aktyor layihədə iş adamı “Yaman” obrazını canlandıracaq. Yaman serialda Cansu Derenin canlandırdığı “Yasemin” obrazının sevgilisi olacaq.

Demircinin çəkilişlər üçün yaxın günlərdə Portuqaliyaya gedəcəyi məlum olub.

Yeni layihəsi bəlli oldu