Məşhur türkiyəli ssenarist və aktrisa Gülse Birsel yeni serial ərsəyə gətirməyə hazırlaşır.
OLAY yazır ki, yeni layihə dijital platformaların birində yayımlanacaq.
“8 bölümlük komediya seriyalıdır. Yaxşı aktyorları bir araya yığmağa çalışıram. Çəkilişlər yayda başlayacaq. Hələ ki ssenarini yazıram”, - deyə, Gülse bildirib.
Qeyd edək ki, G.Birsel “Avrupa yakası”, “Jet sosyete”, “Yalan dünya” kimi seriallarının yazarıdır.