Ötən ay vəfat edən “Yeşilçam” ulduzu Fatma Girikin qardaşı Günay Girik xəstəxananı səhlənkarlıqda ittiham edib.
OLAY yazır ki, o, nəinki F. Girikin müalicə aldığı xəstəxananı həm də bacısı qızı Ahu Turanlı Aşkarı da məhkəməyə verib.
G.Girik bacısının xəstəxana rəhbərliyini günahlandıraraq, bacısının burada koronaya yoluxduğunu və səhlənkarlıq ucbatından dünyasını dəyişdiyini iddia edib.
O, Fatma Girikin mal-mülkləri ilə bağlı hüquqi işlərə də başlayıb.