Olay
Olay

Fatma Giriklə vida - Yenilənib

Fatma Giriklə vida - Yenilənib

Bazar ertəsi dünyasını dəyişən Türkiyənin ustad aktrisası Fatma Girik bu gün torpağa tapşırılır. 

OLAY yazır ki, “Yeşilcam” ulduzu üçün hazırda Şişli Bələdiyyəsində anım mərasimi keçirilir. 

Sənətçinin nəşi Teşvikiyə məscidində qılınacaq namazdan sonra Bodruma yola salınacaq, həyat yoldaşı Memduh Ün yanında torpağa tapşırılacaq.

***

Hazırda F. Giriklə vida Cemal Reşit Rey Salonunda baş tutur. 

***

Mərasimdə “Yeşilcam” ulduzu Hülya Koçyiğit çıxış edib, yaxın rəfiqəsinin ölümündən kədərləndiyini, Türkiyə mədəniyyətinin böyük itki verdiyini bildirib.  

Hülya Koçyiğit həmkarının səhhətinin pisləşməsinin əsas səbəbinin həyat yoldaşı Memduh Ününü ölümü ilə bağlı olduğunu qeyd edib. 

***

Daha sonra ustad aktyor Edis Hun F. Girikinin mərd və heç vaxt yaltaq olmadığını qeyd edib. O, Mustafa Kamal Atatürkü qəlbən sevdiyini bildirib. 

***

Tədbirdə mərhum sənətçinin mənəvi qızı Ahu Turanlı çıxış edib.  A. Turanlı 12 yaşında F. Giriklə tanış olduğunu, iki il sonra onu övladlığa götürdüyünü qeyd edib. 

***

Sənətkarla vida mərasimi başa çatıb, onun nəşi Bodruma yola salınıb. 

***

Kino ulduzu Bodrumda torpağa tapşırılıb.