Ötən gün dünyasını dəyişən Yeşilçam ulduzu Fatma Girikin mülklərinin kimə qaldığı açıqlanıb.
OLAY yazır ki, sənətçinin vəsiyyətinə əsasən, var-dövlətinin böyük hissəsi bacısı qızı Ahu Turanlıya verilib.
Qalan hissə isə aktrisanın illər əvvəl övladlığa götürdüyü Ahu Aşkara təqdim edilib.
Qeyd edək ki, Girik koronavirusla əlaqəli sətəlcəm olub. Onun beyninə su yığılıb və müalicə aldığı xəstəxanada 79 yaşında vəfat edib.