Film / Serial
Film / Serial

3-cü sezonu da çəkiləcək!

3-cü sezonu da çəkiləcək!

“Kimler geldi, kimler geçti” serialının 3-cü sezonu da yayımlanacaq.

OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat verib.

Bildirilir ki, hazırda ikinci mövsümü ekranlaşdırılan layihənin üçüncü sezonu oktyabrda çəkiləcək.

Qeyd edək ki, vəkil Leyla və dostlarının münasibətlərinin göstərildiyi serialda modern şəhər həyatının incəlikləri nümayiş etdirilir.

Ssenari “Aşk-ı memnu” və “Yaprak dökümü” kimi layihələrin müəllifi Ece Yörenç tərəfindən yazılır.