Aktrisa Serenay Sarıkayanın çəkiləcəyi “Kimler geldi, kimler geçti” adlı yeni serialındakı tərəf müqabilinin kim olacağı bəlli olub.
OLAY yazır ki, sənətçinin 3 kişi həmkarından biri Metin Akdülgerdir.
Onu da bildirək ki, “Aile” serialının finalından sonra Serenay yeni serialına mənəvi cəhətdən hazırlaşmaq üçün istirahət etmək fikrindədir.
Qeyd edək ki, romantik, komediya janrında çəkiləcək ekran işi Netfliksdə yayımlanacaq.
Xatırladaq ki, Metin Akdülger illər öncə yayımlanan “Medcezir” serialında Serenay Sarıkayanın tərəf müqabili olub.