Aktyor Hikmət Rəhimovun rejissorluğunu etdiyi “Apatiya” filminin davamı çəkilir.
OLAY yazır ki, səhnələri ilə qalmaqal yaradan ekran işinin ikincisi üçün hazırlıqlara başlanılıb.
Bu barədə Rəhimov özü paylaşım edib. Ekran işində Zülfiyyə Qurbanova, Azər Aydəmir, Tural Baxış, Şəhla Əliqızı, Sanura Cəfərova kimi simalar yer alacaq.
Qeyd edək ki, “Apatiya” cəsarətli səhnələri ilə sosial şəbəkələrdə müzakirə yaratmışdı.