“Netflix” 2023-cü ilin ikinci yarısının hesabatını təqdim edib.
OLAY yazır ki, hesabata görə, birinci pillədə “One Piece” serialı qərarlaşıb. Ən çox baxılan serialın ümumi baxış sayı 72 milyondan bir qədər az olub. Serial yarım milyard saata yaxın izlənilib.
Siyahıda ən yüksək reytinqə malik türk serialı isə Çağatay Ulusoy, Salih Bademci və Şifanur Gülün oynadığı “Terzi” olub. İyulun 28-də paylaşılan 2-ci mövsüm 90 milyon saat izlənmə, 16 milyon 700 min baxışla 64-cü yerdə qərarlaşıb. Mayın 2-də yayımlanan ilk sezon 126-cı yerdə, noyabrın 3-də yayımlanan üçüncü və son mövsüm isə 139-cu yerdə qərarlaşıb.