Ötən həftə 32-ci bölümü ilə birinci sezonunu tamamlayan “Kirli sepeti” serialında ayrılıq yaşanıb.
OLAY yazır ki, ekran işində Murat obrazını canlandıran aktyor Halil İbrahim Ceyhan layihədən ayrılıb. O, bu barədə sosial media hesabında paylaşım edib.
“Başda mənə güvənərək Murat obrazını əmanət edən prodüserimiz Fatih Aksoy olmaqla, rejissorlarım, çəkiliş heyətində yer alan bütün dostlarıma, bir-birindən dəyərli aktyor dostlarıma çox təşəkkür edirəm. Gözəl bir il keçirdik. İndi yeni həyəcanlara yol almaq vaxtıdır”, - deyə, Ceyhan paylaşımında bildirib.
Qeyd edək ki, Halil serialda aktrisalar Cansu Tosu və Melisa Döngel ilə tərəf müqabili idi.