Hazırda “Kirli sepeti” serialında rol alan Melisa Döngel və keçmiş futbolçu Sergen Yalçının yenidən eşq yaşadığı iddia olunub.
OLAY yazır ki, onlar 2023 yayında ortaq dostları vasitəsilə tanış olmuş və kameralardan uzaq münasibətə başlamışdılar. Bu günlərdə türk mətbuatında Melisa və Sergenin yenidən birlikdə olduğu ilə bağlı xəbərlər dərc olunur.
Münasibətlərini sadəcə yaxın dostlarına bildirən cütlük görüntülənməmək üçün şəhər kənarında restoranlarda görüşürlər.
Qeyd edək ki, Melisa Döngelin tərəf müqabili Halil İbrahim Ceyhan ilə də eşq yaşadığı iddia edilmişdi.