İctimai TV yeni mövsümdə ekranlara gətirəcəyi “Vətəndaş A” serialından ilk treyleri yayımlayıb.
OLAY yazır ki, aktrisa Sevinc Əliyevanın prodüserliyində çəkilən layihə Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında hazırlanıb.
Ekran işində Xalq artistləri Qurban İsmayılov, Şamil Süleymanlı, aktrisa Günəş Təqin, Zülfiyyə Qurbanova, aktyor Niyaz İlyasoğlu kimi simalar rol alır.
Qeyd edək ki, serialın çəkilişləri ötən ilin yayında baş tutub.