WOW
WOW

“Bu şəhərdə kimsə yoxdur”un 2-ci sezonu da olacaq

“Bu şəhərdə kimsə yoxdur”un 2-ci sezonu da olacaq

“Xəzər” TV-nin maraqla izlənilən “Bu şəhərdə kimsə yoxdur” serialının ikinci sezonu olacaq.

OLAY yazır ki, bu barədə ekran işində rol alan aktrisa Zülfiyyə Qurbanova “Xəbər-ətər” verilişində qonaq olarkən deyib. 

“Biz artıq çəkilişləri bitirmişik. Amma bölümlər hər həftənin cümə günü efirə gedir. Ümumilikdə 40 bölümdür. Birinci sezonda 25 bölüm yayımlanacaq, ikinci sezonda isə 15 bölümü efirə gedəcək”.

Qeyd edək ki, serialda Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih kimi simalar rol alır.

Onu da xatırladaq ki, “Bu şəhərdə kimsə yoxdur” yazıçı Rövşən Abdullaoğlunun eyniadlı bestsellerinin motivləri əsasında çəkilib.